“Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etməkdir”.
Qerbxeber.com xəbər verir ki, bunu fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimində bildirib.
Prezident Xocalı qətliamı ilə bağlı danışarkən qeyd edib ki, dünya bu hadisələrə biganə qalıb:
“Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.