Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

“Əliyevin Putinə zəng etməsi Qarabağda baş verənlərdən qaynaqlanır” – Şərh

1 ay ago
A A
ilham-putin-yeni1
Əliyevin Putinə indi zəng etməsi Bakı-İrəvan və Bakı-Moskva xəttindəki proseslər, o cümlədən, Qarabağda baş verənlərdən qaynaqlanır.
“Qərb Xəbər” məlumat verir ki, bunu siyasi analitik Asif Nərimanlı öz Facebook səhifəsində bildirib.
asif
Siyasi şərhçi əlavə edib ki, zəngdən öncə Əliyev Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi Bakıda qəbul etdi.
“Xovayevin gəlişinin iki mümkün səbəbi ola bilər:
– Bakı və İrəvan arasında sülh mətni üzrə məktublaşma davam edir və Moskva bu prosesdən məlumatlı olmaq istəyir;
– İstisna deyil ki, Rusiya sülh danışıqlarına dair müəyyən təkliflər də irəli sürür: bu təkliflərin tərəflərin liderlər səviyyəsində yeni görüşünün təşkili ilə bağlı olması mümkündür;
Və Əliyev həm Bakı-İrəvan məktublaşması, həm də mümkün təklifləri Putinlə müzakirə edib.
Bu zəng eyni zamanda, Bakı-Moskva xəttində müşahidə olunan proseslərlə əlaqəlidir: ruslar Qərb qüvvələrini bölgəyə gətirən Ermənistan qarşısında Azərbaycanda münasibətləri sıxlaşdırmaq niyyətindədir və baş konsulluğun açılmasını gündəmə gətirirlər”.
“O da mümkün versiyalardandır ki, Əliyev Putinlə Qarabağda baş verənləri, xüsusilə Ruben Vardanyanın Moskvaya gedişi və dönüşü məsələsini də müzakirə edib. Rusiya Rubeni vətəndaşlıqdan çıxarmaqla məsuliyyəti üzərindən atsa da, onun Qarabağdan çıxışı və girişinə görə sülhməramlılar cavabdehdir. Bakıdan Moskvaya edilən zəngin Vardanyanın qayıdışından sonra baş verməsi Əliyevin bu məsələni gündəmə gətirdiyi ehtimalını önə çıxarır” – deyə Asif Nərimanlı vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Təmasların müxtəlif formatlarda davam etdiriləcəyi qeyd olunub.

Son xəbərlər

mq2

Qazaxda qədim nağara musiqi alətini hazırlayan və yaşadan ailə

25 Mart 2023
iran ordu

“Tehran Ermənistana ordusunu yerləşdirmək fikrindədir” – Ekspert

25 Mart 2023
sərhəd

Qazaxda sərhədi pozanlar saxlanılıb

25 Mart 2023
FotoJet (16) (2)

Şəmkir sakini: “Evin bütün mebelləri, divarları silkələndi” – Video

25 Mart 2023
f224f425-d5d1-3d12-9693-e5d9ac809fed_850

“Qarabağ” – “Qalatasaray” matçı ilə bağlı Bakı metropoliteni iş rejimində dəyişikliklər edəcək

25 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.