“Qərb Xəbər” məlumat verir ki iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.
Söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunulub, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edilib.