Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İsveçlə görüşdə qazanılan 3:0 hesablı qələbəyə görə milli komandanın üzvlərinə mükafat təyin edilib.
“Qərb Xəbər”in məlumatına görə, oyun bitdikdən sonra futbolçuları təbrik edən AFFA prezidenti Rövnəq Abdullayev qalibiyyətə görə əsas heyətdə yer alan hər bir futbolçuya 50 min dolar mükafat təyin edib.
Sonradan meydana çıxanlar 30, ehtiyatda qalanlar isə 20 min dollar alacaqlar.
Qeyd edək ki, formal görüşdə qazanılan qələbənin heç bir əhəmiyyəti yoxdur. Yığma qələbə sayəsində sadəcə qrupda 4-cü sıranı təmin edib.