Ukrayna Təhlükəsizlik Xidməti Rusiya strateji bombardmançı aviasiyasına qarşı “Hörümçək” adlı irimiqyaslı əməliyyat keçirir.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanları yerli mediaya açıqlamasında bildirib.
Məlumata görə, hazırda “Belaya”, “Dyagilevo”, “Olenya” və “İvanovo” aerodromlarında 40-dan çox Rusiya təyyarəsi, o cümlədən strateji bombardmançı Tu-95, Tu-22M3 və A-50-lar yanır.
Dəymiş zərər 2 milyard dolları ötüb.