Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
“Qərb Xəbər” “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, İranın molla rejiminə xidmət edən daha bir neçə dindar saxlanılıb.
Onların arasında dindarların “Ustad Ruhani” kimi təqdim etdiyi, Neftçala rayonunundan olan Höccətül-islam Siyasət Bağırov da var.
“Qərb Xəbər”in əldə etdiyi məlumata görə, S.Bağırov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.