Hindistanın baş naziri Narendra Modi Ukraynada müharibə başladıqdan sonra ilk dəfə bu ölkəyə səfər edəcək.
Qerbxeber.com “Reuters“ə istinadən xəbərinə görə, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan səfərin avqustun 23-də reallaşacağı, N. Modinin ölkəsinin Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə vasitəçilik təklif edəcəyi açıqlanıb
Qeyd edək ki, ABŞ və Ukrayna tərəfi onun iyulda Moskvaya səfər etməsindən narahatlığını bildirib.