Təəssüflə qeyd edirik ki, hələ də Ermənistanın nümayəndə heyəti COP-29-da iştirakla bağlı cavab verməyib.
Qerbxeber.com bildirir ki,bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bütün tərəflərə dəvət göndərilib: “Burada 198 tərəf iştirak edir. Azərbaycan tərəfi Konvensiyanın üzvü olan bütün tərəflər üçün şərait yaradıb. Ermənistan tərəfi qeydiyyatdan keçirilsə də, hələ də Ermənistan tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb”.