Asif
Moskvanın Bakıya qarşı edə biləcəkləri və ya ZƏNGƏZURA nəzarəti kim edəcək-ASİF NƏRİMANLInın təhlili
1668862550 saakasvili
Saakaşvili: Cənubi Qafqazda baş verənlər Rusiyanın Ukrayna cəbhəsində zəifləməsinin birbaşa nəticəsidir
Tramp
Tramp: Ukraynaya çox kömək edirəm,amma bu müharibə olmamalı idi.
Pashinyan yeni
Paşınyan katolikos II Qaragini dövlət çevrilişinə dəstək verməkdə ittiham etdi
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Hikmət Hacıyev: Azərbaycanın gündəliyində Ermənistanla münasibətlərin normallaşması var

2 il ago
A A
Images 2023 11 17t085933.230

Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var.

“Qərb Xəbər” “EU Today”ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistanın qanunsuz rejimi hazırda tərk-silah edilib və Azərbaycan ərazisindən çıxarılıb. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında sülh razılaşması bağlamaq üçün heç bir əngəl yoxdur. Biz hesab edirik ki, bu, iki ölkə arasında ədavət və düşmənçilik fəslini dəyişdirmək və Azərbaycanın Ermənistan tərəfinə təklif etdiyi beş fundamental prinsip əsasında davamlı sülh yaratmaq üçün tarixi fürsətdir”, – o qeyd edib.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Avrasiya xəritəsində ən uzanmış münaqişələrdən birinin həlli üçün model yaradıb.

O xatırladıb ki, ATƏT Qarabağ məsələsini həll edə bilməyib.

“Minsk qrupu uğursuzluğa düçar olub: Minsk qrupunun həmsədrliyi qurumu uğursuz olub, çünki bu qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğal siyasətini qorumaq və davam etdirmək olub”.

Lakin Hikmət Hacıyevin fikrincə, “işğal və ədalətsizlik dönəmi artıq geridə qalıb”:

“Ona görə də Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var”.

“Ancaq istənilən sülh öhdəliyi hər iki tərəfin öz üzərinə düşən vəzifəni yerinə yetirməsini tələb edir və Ermənistan da öz rolunu oynamalı, pozitivlik və xoşməramlılıq nümayiş etdirməlidir. Biz artıq Ermənistan tərəfinə sülh müqaviləsinin yenidən işlənmiş beşinci variantını təqdim etmişik, amma iki aydan çox vaxt keçib ki, onlar hələ də cavab vermirlər”, – rəsmi Bakının nümayəndəsi diqqətə çatdırıb.

O vurğulayıb ki, hazırda regionda yeni reallıqlar yaranıb. Onun sözlərinə görə, “bu yeni reallıqlar qanunilik və legitimlik üzərinə qurulub”.

Daha sonra Hikmət Hacıyev Azərbaycanın Ermənistanla bağlı gələcək siyasətinə də aydınlıq gətirib: “Biz regionda ədalət prinsiplərinə söykənən, bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıyan və bir-birimizə qarşı bütün ərazi iddialarına son qoyaraq yeni regional təhlükəsizlik arxitekturasını qurmaq istərdik”.

O qeyd edib ki, Bakı iki ölkə arasında qarşılıqlı təması dəstəkləyir: “Düşünürəm ki, biz sülh razılaşmasına gəlməliyik. Sonra düşünürəm ki, digər tərəfdaşlar da bu razılaşmanı dəstəkləyə bilər”.

“Əvvəla, sülh və regional təhlükəsizlik Brüsseldə deyil, Parisdə deyil, Vaşinqtonda deyil, Moskvada və ya başqa yerdə deyil. Sülh bölgənin özündədir”, – Hikmət Hacıyev xatırladıb.

O, Aİ institutlarının Azərbaycana münasibətindən danışaraq, xüsusilə Avropa Parlamentinin müəyyən dairələrində azərbaycanofobiya və ya islamofobiya hisslərinə toxunub:

“Bu həm də Aİ-nin regional resurslarda ambisiyaları və maraqları üçün çox da faydalı deyil. Avropa Şurasının bu yaxınlarda Azərbaycanla bağlı gərəksiz tənqidləri ehtiva edən lazımsız bəyanatını da nəzərə almışıq… Azərbaycan əraziləri işğal altında olanda Avropa qurumları heç vaxt Azərbaycana qarşı ədalətli olmayıblar”.

“Sualım: niyə? Bu qədər illər ərzində Gürcüstan, Moldova və Ukraynadakı separatçı quruluşlara bir münasibət, Azərbaycana isə fərqli münasibət olub”, – Hikmət Hacıyev söyləyib.

O əlavə edib ki, Aİ-nin, Fransa kimi, bəzi üzv ölkələri Ermənistanın hərbiləşdirilməsi proqramına başlayıblar.

“Birincisi, istənilən hərbiləşdirmə proqramının yararlı olduğunu sanmırıq. Ermənistanın militarizasiya proqramına ehtiyacı yoxdur. Ermənistanın sülh proqramına ehtiyacı var”, – vurğulayan Hikmət Hacıyev bu cür təşəbbüslərin zərərli olduğunu bildirib.

“Biz Fransa kimi üzv ölkələrə həmişə tövsiyə etmişik ki, birincisi, Azərbaycan ərazisində separatizmi dəstəkləməsinlər. İkincisi, Ermənistanda revanşizmi dəstəkləməklə bağlı lazımsız mesajlar verməyin, həm də regionumuzda geosiyasi lazımsız oyunları irəli sürməkdən əl çəkin. Təəssüf ki, bunlar faktlardır”.

Bununla belə, Hikmət Hacıyev qeyd edib ki, Avropanın müvafiq qurumları həllin parçası olmalıdırlar:

“Biz inanırıq ki, bu, tarixi fürsət və tarixi təkandır və müvafiq Avropa qurumları da sosial böhran bölgəsində sülh gündəmini irəli sürmək üçün problemin deyil, həllin bir hissəsi olmalıdır”.

Son xəbərlər

Zatulin

Bakı-Moskva münasibətləri yenidən qızışır-Bu dəfə Zatulin “gül ağzını açıb”danışmağa başıadı

07 İyul 2025
Peskov

Dmitri Peskov: Rusiya və Azərbaycanın tərəfdaşlığı və müttəfiqliyi davam etməlidir

07 İyul 2025
Asif

Moskvanın Bakıya qarşı edə biləcəkləri və ya ZƏNGƏZURA nəzarəti kim edəcək-ASİF NƏRİMANLInın təhlili

07 İyul 2025
1668862550 saakasvili

Saakaşvili: Cənubi Qafqazda baş verənlər Rusiyanın Ukrayna cəbhəsində zəifləməsinin birbaşa nəticəsidir

07 İyul 2025
Image 750x 686b79b173254

Prezident İlham Əliyev Sərdar Ayaz Sadiqi və nümayəndə heyətini qəbul edib

07 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.