“Hakim partiya seçkini udarsa, müstəqil Gürcüstan “daha mövcud olmayacaq”
Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanadan Azadlıq Radiosunun gürcü xidmətinə müsahibəsində belə deyib.
2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” xaricdən maliyyələşən QHT və medianın fəaliyyətini məhdudlaşdıran, eləcə də “LGBT propaqandası” əleyhinə qanunlar qəbul edib. Hakim partiya qalib gələrsə, bütün əsas müxalifət partiyalarını qadağan edəcəyinə söz verib.
56 yaşlı Saakaşvili müsahibəsində bildirib ki, Rusiya Gürcüstana qarşı “hibrid müharibə” aparır: “Onlar seçkini saxtalaşdıraraq hakimiyyətdə qalarlarsa, Gürcüstan daha müstəqil ölkə olmayacaq”
“12 ildir müqavimət bayrağı ətrafında birləşmişik, yeni nəsil gəlir, Gürcüstanda doğulan, Rusiyaya deyil, Avropaya yönələn nəsil”, Saakaşvilinin sözləridir.
Keçmiş prezident Rusiyanın Ukraynada apardığı müharibə barədə:
“Avropa məğlubiyyətçiliyə, ABŞ isə izolyasionizmə qapılmayınca, Rusiyanın müharibədə məğlubiyyəti qaçılmazdır.