İsrail və Misir 500-ə yaxın xarici vətəndaşın Qəzzadan çıxarılmasına dair razılıq əldə ediblər.
“Qərb Xəbər” bildirir, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, onlar Misirin Rəfah sərhəd məntəqəsi vasitəsi ilə Qəzzanı tərk edəcəklər.
Onun sözlərinə görə, yaxın günlərdə aralarında Türkiyə vətəndaşları da olan daha bir qrup xarici vətəndaşın Qəzzadan çıxarılması üçün danışıqlar gedir.
İ.Babayeva