250513 marco rubio ac 956p 007aa1
Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin
Indir 2025 05 19t115145.710
Qabiliyyət imtahanlarına qeydiyyat başladı
Fexri ugurlu 2 1024x606
Çaldıran döyüşü mistik islamla ortodoksal islamın, ürfanla şəriətin savaşıdır -Fəxri Uğurlu
İradə bağça
Bağçada başlayan dəyişiklik,cəmiyyəti dəyişir-İradə Mustafayeva
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Hafiz Paşayev: “44 günlük müharibə Azərbaycan xalqına yeni kimlik qazandırdı”

1 ay ago
A A
Hafiz paşayev

44 günlük müharibə hər şeyi həll etdi və Azərbaycan xalqına yeni kimlik qazandırdı.

Qerbxeber.com   “Report”-a istinadən xəbər verir ki, bu barədə ADA Universitetinin rektoru Hafiz Paşayev Qarabağ Universitetində keçirilən “Yeni Dünya Nizamına Doğru” mövzusuna həsr olunmuş 7-ci ADA Siyasi Forumunda danışıb.

O qeyd edib ki, Qarabağ Azərbaycan üçün hər zaman çox böyük və vacib məsələ olub:

“Bəzi məsələlərə toxunmaq istəyirəm. Onların içərisində birinci sırada Qarabağ məsələsi dayanır. Vaşinqtonda səfir olduğum dövrdə bu məsələ çox önəmli idi, həmişə önəmli olub. Bu, əlbəttə, çox şərəfli bir vəzifə idi, amma eyni zamanda, mənim üçün şəxsi baxımdan çətin qərar idi. Vaşinqtondakı xarici ölkə səfirlərinin çoxu Konqresə belə getmirdi, çünki onların Konqreslə ciddi məsələləri olmasa da, Azərbaycanın var idi. Ən böyük məsələ təbii ki yenə də Ermənistanla Azərbaycan arasında olan Qarabağ münaqişəsi idi. Bu səbəbdən, vaxtımın çox hissəsini Konqresdə keçirirdim”.

H.Paşayev səfir olduğu dövrdə üzləşdiyi çətinliklərdən də bəhs edib:

“Vaşinqtonda olduğum müddətin sonunda başa düşdüm ki, görülən işlərin bəzən faydası olmur. Çünki Konqresin hansısa üzvünü məlumatlandırırsan, onu maarifləndirirsən, iki ildən sonra o vəzifədən gedir, təqaüdə çıxır, yerinə başqası gəlir və hər şeyə yenidən başlamaq lazım gəlirdi. Mən heç vaxt təsəvvür etməzdim ki, bu problemi xalqımız üçün böyük qürur mənbəyinə çevriləcək şəkildə həll edəcəyik”.

Rektor vurğulayıb ki, 44 günlük müharibə haqqında danışılan məsələni kökündən həll etdi və Azərbaycan xalqına yeni kimlik qazandırdı:

“İndi biz Qarabağ Universitetindəyik. Bizim dirçəlişimizə başlamaq üçün bu şəhərdən – Xankəndidən daha yaxşı bir yer ola bilərmi? Vaxt keçdikcə Xankəndidə nə baş verdiyini görmək üçün daha çox insan buraya gələcək”.

Son xəbərlər

250513 marco rubio ac 956p 007aa1

Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin

21 May 2025
Andriy yermak

Rusiya oğurladığı uşaqlarıgeri qaytarmasa sülh olmayacaq

21 May 2025
Məhkəme 1111

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verib

21 May 2025
Imtahan

III qrupa aid altqrupları seçənlər üçün coğrafiya üzrə əlavə imtahan keçiriləcək

21 May 2025
Indir 2025 05 21t160337.618

Gəncədə avtomobillə motosiklet toqquşub

21 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.