Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən növbəti təlim toplanışı davam edir.
Qerbxeber.com MN-ə istinadən xəbər verir ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi hissələrdə yaradılan toplanış məntəqələrinin qərargahlarında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçir, eləcə də hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.
Toplanış zamanı hərbi vəzifəlilərə Ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də istifadə qaydaları öyrədilir.
Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışında plana uyğun olaraq müxtəlif tapşırıqlar icra edilir.