Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Hərbi Analitik: Rusiyanın şimal-qərb sərhəddimizdə baza tikməsi təbii ki, boşuna deyil

1 ay ago
A A
62bc241195bd162bc241195bd2165649716962bc241195bcf62bc241195bd0

Son günlər ehtiyyatda olan hərbiçilərin təlimə çağırılması və Azərbaycan – Ermənistan arasında yenidən qarşıdurma ehtimalını və həmçinin, Azərbaycanın Tovuz rayonu, Əlibəyli kəndinin bir kilometrliyində, Ermənistanın Tavuş vilayətinin Berd rayonunun Aygepar kəndi yaxınlığında bir aya yaxındır ki, Rusiya hərbi bazasının yerləşməsi üçün aktiv tikinti işləri aparmasını hərbi Analitik Alp Arslan İmamquludan soruşduq.

Məsələ ilə bağlı ‘Qərb Xəbər’ə danışan “M5 Müdafiə və Strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi, hərbi Analitik Alp Arslan İmamqulu bildirdi ki, ehtiyyatda olan hərbiçilərin çağrılması planlı təlimdir.

“Bundan sonra hər hansı bir problem çıxarsa, ola bilər ki, tarixi torpaqlarımız Qərbi Zəngəzur və İrəvanın azad olunması uğrunda çıxsın. Bu da onunla əlaqədardır ki, biz Azərbaycan Respublikası olaraq Azərbaycan Xalq Cumhuriyyətinin tam hüquqlu varisiyik. Buna görə də torpaqlarımızın delimitasiya və demarkasiya prosesində Qərbi Zəngəzur tamamilə, o cümlədən, Göyçə gölünün şərq yamacları Azərbaycan ərazi vahidi olaraq qiymətləndirilməlidir. Bu səbəblə hər hansı bir qarşıdurma çıxa bilər. Hər hansı müharibə olacaqsa, bu günki ‘Ermənistan Respublikası’nın ərazisində, yəni ki, bizim ata torpaqlarımızda olacaq. Bu münaqişənin vaxtını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Necə ki, 2020-ci il müharibəsinin vaxtı bilinmədi. Bunun ilk qığılcımları Tovuzda başladı. Növbəti qığılcımlar harada başlayar onu bizə zaman göstərəcək”

Alp Arslan İmamqulu əlavə etdi ki, Rusiyanın şimal-qərb sərhəddimizdə əsas kommunikasiyaların keçdiyi bir yerdə baza tikməsi təbii ki, boşuna deyil.

“Ermənistan və havadarlarına 2020-ci ildə Tovuzda olan izdihamı xatırlatmaq lazımdır. Bir sözlə Başkənd gölündən Göyçəyə yolun qısa olduğunu bilməlidirlər. Həmin ərəfədə istiqamətimiz Tovuzdan Xocalıya olmalı idi amma istiqamət dəyişdi. Bu dəfə hər hansı təxribat baş verərsə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq istiqamətimizin Gəncəbasardan qərbi Zəngəzura olması mütləqdir”.

Rahib İsgəndərli

Son xəbərlər

62f4c0ecb893762f4c0ecb8938166020734062f4c0ecb893462f4c0ecb8935

Prezidentin Gədəbəyə təyin etdiyi gənc icra başçısı kimdir?

11 Avqust 2022
yagody

İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələri

11 Avqust 2022
hava

Sabah rayonlarda 40 dərəcə isti olacaq

11 Avqust 2022
e5e8f21e-f6bb-3a05-a9c2-812ad4af1bcf_850

Gədəbəyə yeni icra başçısı təyin edilib

11 Avqust 2022
internet

Azərbaycanda internetin qiyməti artdı

11 Avqust 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.