Bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınz yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etməyiniz kifayətdir. Məsələ ilə bağlı “Qərb Xəbər”ə Qazax Müalicə Diaqnostika Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Günel Bəxtiyarlı danışıb. O bildirib ki, Səhətində hər hansısa bir narahatcılıq hiss edən vətəndaş İcbari Tibbi Sığortadan istifadə edə bilər. İlk öncə vətəndaş qeydiyyat olunur. Daha sonra Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborant, dioqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir. Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda sizə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinəgöndəriş verilir. Vətəndaşlara tibbi xidmət Xidmət Zərfi çətçivəsində göstərilir. G. Bəxtiyarlı icbari tibbi sığortanın təminat verdiyi tibbi Xidmətlər barədədə danışıb. O bildirib ki, tibbi xidmətlər Zərfinə mədə və bağırsaqların müayinəsi, cərrahı əmaliyyatlar,exo kardiqrama,kardioqrama, dializ, qan alma, genekoloq, oftalmoloq, qulaq burun boğaz müayinəsi, və sair tibbi xidmətlər aiddir.
https://studio.youtube.com/video/UkwmD-hq3Tc/edit
Vüsalə Kərimova.
Ülviyyə Həsənli.