HƏMAS Cəbəliyə bölgəsindəki bazası üçün İsrail ordusu ilə döyüşlər zamanı 100-ə yaxın qadın və uşaqdan canlı qalxan kimi istifadə edib.
“Qərb Xəbər” bildirir ki, bu barədə İsrailin “Ynetnyus” xəbər portalı məlumat yayıb.
Məlumata görə, İsrailin “Givati” piyada briqadasının əsgərləri Qəzza zolağında Cəbəliyə yaxınlığında HƏMAS-ın 17-ci elit briqadasının bazası uğrunda döyüş zamanı şok vəziyyətin şahidi olublar:
“100-ə yaxın qadın və uşaq canlı qalxan rolunu oynamağa məcbur olublar”.
İ.Babayeva