HƏMAS-ın qurucularından biri Şeyx Əbdülfəttah Duxan İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
“Qərb Xəbər” bildirir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Qeyd edək ki, daha əvvəl İsrailin Qəzza zolağına PUA zərbələri nəticəsində HƏMAS-ın iqtisadiyyat naziri Cavad Əbu Şamala və bu qrupun daxili əlaqələr şöbəsinin rəhbəri Zəkəriyyə Əbu Müammərın həlak olduğu bildirilmişdi.