Gürcüstanla Azərbaycan sərhədində daha bir məhdudiyyət
Gürcüstan və Azərbaycan arasında sərhəddə tətbiq olunacaq daha bir məhdudiyyətin detalları məlum olub.
Report xəbər verir ki, Gürcüstanla Azərbaycan arasında gediş-gəliş martın 23-dən etibarən yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.
Məntəqənin iş saatları 10:00-dan 18:00-dək müəyyən olunub.
İki ölkə arasında tranzit və yük daşımaları bütün sərhəd-keçid məntəqələri vasitəsilə 24 saat ərzində həyata keçiriləcək.
Qeyd edək ki, martın 14-dən etibarən Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Martın 18-dən isə Gürcüstan öz vətəndaşları istisna olmaqla, əcnəbiləri ölkə ərazisinə buraxmır. Hər iki ölkə vətəndaşlarının vətənə qayıtmasına şərait yaradılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı