Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Gürcüstanda Azərbaycan dilində kitab çatışmazlığı: həll yolları hansılardır?

1 ay ago
A A
5b547498-7f67-3493-a708-11369cf3c9b3_850 (1)

Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində bədii və qeyri-bədii kitablara əlçatanlıq səviyyəsi ürəkaçan deyil. Soydaşlarımızın Azərbaycan dilində kitab əldə etməsi üçün nə Tbilisi, nə də Kvemo Kartli (Borçalı) bölgəsində ev və yaxud mağaza fəaliyyət göstərmir.

Bu məsələ ötən ilin yayında Azərbaycanın mədəniyyət naziriAnar Kərimovun Gürcüstana səfəri çərçivəsində azərbaycanlı icmanın nümayəndələri ilə keçirdiyi görüşdə də qaldırılıb. Nazir Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgədə Azərbaycan Kitab Evinin yaradılması imkanlarının araşdırılacağını bildirib. O, hər il Azərbaycanda dövlət sifarişi əsasında nəşr olunan kitabların bir qisminin Gürcüstana göndərilməsi məsələsinin də nəzərdən keçiriləcəyini qeyd edib.

Soydaşlarımız əlbəttə ki, elektron kitab yükləyib mütaliə tələbatlarını ödəyə bilirlər. Bu imkandan daha çox yeniyetmə və gənclər yararlana bilirlər. Lakin e-kitab ənənəvi kitabın özəlliklərini özündə daşımır. Digər tərəfdən heç də bütün arzu olunan kitabları ödənişsiz yükləmək olmur və ən çox üstünlük kağız kitablara verilir.

f6e2cc20-7e7c-393a-b85f-38685489b3c5

Gürcüstanda Azərbaycan dilində kitab çatışmazlığının aradan qaldırılması istiqamətində Azərbaycanın bu ölkədəki səfirliyi də dəstəyini əsirgəmir. Ötən ilin oktyabrında diplomatik nümayəndəliyimiz Marneuli və Qardabanidə fəaliyyət göstərən azərbaycanlı icma mərkəzlərinə 1 430 ədəd kitab hədiyyə edib.

Qərb Xəbər bildirir ki, “Report”-un Gürcüstan bürosu soydaşlarımızı narahat edən məsələ ilə bağlı Azərbaycanın nəşriyyat və kitab satışı üzrə mütəxəssislərinin rəyini öyrənib.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi və rəhbəri Nigar Köçərli bildirib ki, onlayn mağazaları demək olar hər həftə Gürcüstandan sifarişlər qəbul edir: “Sifarişləri poçtla göndəririk və bu da kitab əldə edən üçün əlavə xərc tələb edir. Pandemiyadan öncə və elə indi də Gürcüstandan sifarişlər kifayət qədər çoxdur. Amma təbii ki, onlayn kitab əldə etmək kitab mağazasından almağın yerini vermir. Gürcüstanda Azərbaycan dilində bədii ədəbiyyatın azərbaycanlı icma üçün əlçatanlığını təmin edəcək bir layihənin reallaşdırılmasını çox istərdim. Layihənin əhatəli olması üçün dövlət dəstəyi tələb olunur”.

36bcd7b8-9ad2-321e-ac0d-05a73f48d1b5

Onun sözlərinə görə, Azərbaycan hər il may ayında keçirilən Tbilisi Beynəlxalq Kitab Festivalında ayrıca stendlə çıxış edib həm də yeni nəşrlərin endirimli qiymətlə satışını da həyata keçirə bilər: “Əminəm ki, soydaşlarımız böyük məmnuniyyətlə sərgiyə gəlib kitabları əldə edərlər”.

N.Köçərli Azərbaycan və Gürcüstan arasında kitab nəşriyyatı sahəsində əməkdaşlığın artırılmasına ehtiyacın olduğunu da qeyd edib.

“Qanun” Nəşriyyat Evinin təsisçisi və rəhbəri Şahbaz Xuduoğlu Gürcüstanda azərbaycandilli kitabların satışının təşkili ilə bağlı təcrübənin olduğunu xatırladıb: “2008-2009-cu illərdə Tbilisinin mərkəzində Gürcüstan, Azərbaycan və Ermənistanda nəşr olunan kitabların satışının aparıldığı mağaza yaradıldı. Təəssüflər olsun ki, azərbaycandilli kitablar alınmadı, baxmayaraq ki, mağaza barədə Gürcüstan mətbuatında kifayət qədər məlumat verilmişdi. Kitabları sonda Gürcüstanın Milli Parlament Kitabxanasına hədiyyə etdim”.

7c2aeb5d-24a1-34d0-85d5-0328a802d4e4

Onun sözlərinə görə, Gürcüstanın azərbaycanlı icması daha təşəbbüskar olmalıdır: “İcma adından kitab mağazasının yaradılması ilə bağlı bir neçə müraciət olub. Biz dəstək verməyə hazırıq. Gürcüstanda yaşayan soydaşlarımızın oxuyan təbəqəyə çevrilməsini, vətəndaş cəmiyyətində fəal və faydalı olmalarını arzulayırıq”.

Ş.Xuduoğlu deyib ki, Rusiyada çalışan Gürcüstan əsilli bir çox iş adamları var və onlar da bu işdə köməklik göstərə bilərlər: “Kitab mağazası açmaq mümkün deyilsə, ictimai kitabxana yaradıla bilər. Belə kitabxananın açılmasına Gürcüstanda heç bir qadağa yoxdur. Kitabxana açılsa, yerli əhali faydalana bilər. Biz də kitab təminatı məsələsində məmnuniyyətlə kömək etməyə hazırıq”.

fb816313-44f7-3e0b-819a-0f5f05fd0935
Qeyd edək ki, N.Köçərli və Ş.Xuduoğlu bu gün Tbilisidə açılan Qafqaz və Qara dəniz ölkələrinin regional nəşriyyat konfransında iştirak edirlər. “Tbilisi 2021-ci ilin Dünya Kitab Paytaxtı” layihəsi çərçivəsində təşkil olunan tədbirə Gürcüstan, Türkiyə, Azərbaycan, Bolqarıstan, Rumıniya və Ukraynadan 30-ya yaxın naşir və kitab satışı sahəsini təmsil edən nümayəndə qatılıb. Regional konfransın keçirilməsində məqsəd nəşriyyat sahəsinin peşəkarları arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi və yeni əlaqələrin qurulmasını təşviq etməkdir. Tədbirə Beynəlxalq Naşirlər Assosiasiyasının Prezidenti Bodour Al Qasimi də qatılıb.

Son xəbərlər

3937906b10424e76306eec865f82ac2e

Qazaxda “Media və hüquqi maarifləndirmə” adlı regional konfrans təşkil edilib

21 May 2022
81c8a5f8-d124-38de-9da6-87addd8682de_850

Qazaxda sərhədi pozmağa cəhd göstərənlər saxlanılıb

21 May 2022
62888b3a7c3a662888b3a7c3a71653115706300dcc29b2772238139b899be1fc36ab

Tovuzda 10-dan çox şəxsi sahibsiz itlər dişləyib

21 May 2022
715ca4bc83a3647

Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib

21 May 2022
bıçaqlanma

Gədəbəy sakini Şəmkirdə bıçaqlanıb

21 May 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.