29-30 avqust tarixlərində Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsir haqqında” qanunun qüvvəsinin dayandırılması məsələsini müzakirə edəcək.
Qerbxeber.com “Qruziya-Online”-a istinadən xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Merab Turava deyib.
O bildirib ki, indiyədə qədər məhkəməyə Gürcüstan prezidenti Salome Zurabişvili də daxil olmaqla, müxtəlif qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müxalifət tərəfindən 4 iddia ərizəsi təqdim edilib.