Indir 2025 05 14t121549.933
Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir
Elnur123
Sağlam arıqlamaq üçün nələr etməliyik?- Nutrisoloq Elnur Nemətov-FOTO
Indir 2025 05 14t102455.579
Göyəzən böyük hesablı qələbə qazandı
Images (81)
PKK özünü ləğv etdi
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Gürcüstan ilə quru sərhədlərinin açılacağını iddiaları yayılıb

2 il ago
A A
Serhed

Artıq bir müddətdir ki, Gürcüstan mediasında Azərbaycanın quru sərhədlərinin açılacağı ilə bağlı məlumatlar yer alıb. Koronavirus pandemiyası səbəbindən bağlanan sərhədlərin mayın 1-dən etibarən açılacağı deyilir.

“Qərb Xəbər” “Qafqazinfo”ya istinadən  xəbər verir ki, Gürcüstanın yerli “BusinessPressNews” saytının yazdığına görə, mayın 1-dən etibarən Azərbaycanın qonşu dövlətlərlə, o cümlədən Gürcüstanla quru sərhədlərini açacağı gözlənilir.

Yayılan məlumatlar Azərbaycanda həm mətbuatda, həm də sosial mediada geniş müzakirələrə səbəb olub. Gürcü mətbuatı Azərbaycanla sərhədlərin açılacağı xəbərini ölkə rəsmilərinə istinadən yayıb.

Artıq ötən gün Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar verib. Bu gündən etibarən hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib. Həmçinin xarici ölkə vətəndaşlarının ölkəyə giriş və çıxışı zamanı COVID-19 pasportu ilə bağlı tələb ləğv edilib.

Bəs quru sərhədlərin açılması nə dərəcədə realdır? Hazırda bununla bağlı müzakirələr gedirmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hələ ki, bununla bağlı rəsmi məlumatın olmadığını xatırladır: “Gürcüstan mətbuatında belə bir məlumat yayılıb, mən də oxumuşam. Amma bununla bağlı hələ ki, rəsmi məlumat yoxdur.

Mənim fikrimcə, sərhədlərin bağlanması əsasən təhlükəsizlik məsələsi ilə əlaqədardır. Əlbəttə, mən istərdim ki, quru sərhədlər açılsın. Hətta mən təklif də verdim ki, heç olmasa, sərhədlər elə açılsın ki, yoxlamalar getsin, müəyyən məsələlər öz həllini tapsın. Elə insanlar var ki, mütləq gəlməlidirlər, ailələrində müəyyən problemlər ola bilər. O insanların müəyyən hissəsini yüksək nəzarət mexanizmini həyata keçirməklə buraxmaq olar. Amma ətrafda fikir verirsinizsə, bəzi hadisələr baş verir – İranla münasibət, Rusiyanın Qarabağda oynadığı oyunlar və s. Bunların hamısı təhlükəsizliyə təminat üçün həyata keçirilir ki, Azərbaycanda ciddi problem yaşanmasın. Şəxsən mən millət vəkili olaraq Azərbaycanda bu sərhədlərin açılmasının tərəfdarıyam. Ciddi nəzarət mexanizmi həyata keçirməklə sərhədləri açmaq olar”.

Məsələ ilə bağlı müzakirələrin getməsinə gəlincə isə V. Əhmədov bu barədə məlumatlı olmadığını bildirib: “Bunu Gürcüstan mətbuatı yazıb, rəsmi məlumat yoxdur. Lakin ola bilər ki, bununla bağlı müəyyən danışıqlar getsin”.

Mövzu ilə bağlı Nazirlər Kabineti ilə də əlaqə saxladıq. Qurumdan da hələ ki, quru sərhədlərin açılacağı ilə bağlı rəsmi qərarın olmadığı bildirildi.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bağlanan sərhədlərin Ümumdünya Səhiyyə Təşkilatının dünyada pandemiyanın sona çatdığını rəsmən açıqlamasından sonra hələ də qapalı qalması sual doğurur. Nəzərə alsaq ki, artıq ölkədə epidemioloji vəziyyət də stabilləşməyə doğru gedir, sərhədlərlə bağlı qərarın dəyişəcəyi mümkün görünə bilər. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb. Ölkədə aktiv xəstə sayı 140 nəfərdir. Son sutkada bu virus səbəbindən 5 nəfər vəfat edib.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda “xüsusi karantin rejimi” 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.

 

Son xəbərlər

Mn1

Müdafiə Nazirliyindən -XƏBƏRDARLIQ

14 May 2025
Indir 2025 05 14t130746.114

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verdi

14 May 2025
Trump Tramp

Ağ ev rəhbəri: İranla razılaşa bilərəm, bu şərtlə

14 May 2025
Indir 2025 05 14t124408.401

Ər-Riyadda Körfəz-ABŞ sammiti keçirilir

14 May 2025
Indir 2025 05 14t121549.933

Qarabağa fərdi avtomobillərlə səfərlərin istiqamətləri genişləndirilir

14 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.