Gürcüstan hökuməti katolik cərəyandan imtina edərək, pravoslav xristianlığı ölkənin əsas dini cərəyanı elan etməyə hazırlaşır.
Qerbxeber.com xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının nümayəndəsi Andriya Djaqmaidze bildirib.
O deyib ki, bu addım kilsənin cəmiyyətdəki rolunun artırılmasına, eləcə də milli-mənəvi dəyərlərin qorunmasına yönəlib: “
Bu məqsədlə konstitusiyada dəyişiklik edilib-edilməyəcəyi barədə məlumatım yoxdur. Bizə dedilər ki, təklif kilsənin ictimai əhəmiyyətini artırmağa yönəlib. Bizim də bir sıra təkliflərimiz var, lakin onları müzakirələrin yekununda təqdim etməyi düşünürük”, – deyə Patriarxlığın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, bu məsələ patriarxlığın avqustun 29-dakı iclasında müzakirəyə çıxarılacaq.