Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının hazırkı sayı 100 nəfər təşkil edir.
“Qərb Xəbər”24News.ge istinadən xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin 31 dekabr 2022-ci il üzrə hesabatında bildirilib.
Həbsdə olan Azərbaycan vətəndaşlarından biri yetkinlik yaşına çatmayan olmaqla, 90-ı kişi, 10-u isə qadındır.
Məlumata əsasən, hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı 43 nəfər təşkil edir.
Qeyd olunub ki, hazırda Gürcüstan həbsxanalarında ümumilikdə 654 əcnəbi həbsdədir.