Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Gəncənin nəqliyyat problemi

1 ay ago
A A
g-nc-s-h-rind-avtobus-t-s-rrufati-kohn-lib

Gəncənin nəqliyyat infrastrukturunda böyük problemlər mövcüddur. Bu haqda dəfələrlə müzakirələr aparılsa da hələki bir irəliləyiş hiss olunmur.

“Qərb Xəbər” bildirir ki, Bizim.Media-nın Gəncə bürosu problemi araşdırmağa çalışıb. Şəhərin ictimai nəqliyyat parkına nəzər salanda arzuolunmaz mənzərə ilə qarşılaşırsan. 20 ildən çoxdur ki, bu mənzərə dəyişilməz qalıb.

Köhnə “Qazel”lər, “RAF”lar və.s. Bu parkda ən müasir sayıla biləcək “Hundai” avtobuslarıdır ki, onların da artıq istismar müddəti çoxdan bitib.

Bu gün Gəncədə 8 daşıyıcı şirkət 32 marşrut xətti üzrə sərnişindaşıma həyata keçirir. Ümumilikdə gündəlik olaraq 300-ə yaxın avtobus və mikroavtobus xəttə buraxılır. Bu nəqliyyat vasitələrinin əksəriyyəti orta və kiçik tutumludur. Sərnişinlərin sözlərinə görə bu gün şəhərin nəqliyyat sistemi çox acınacaqlı vəziyyətdədir.

“Bakıda xəttlərdən çıxarılan yararsız avtobusları, mikroavtobusları alıb doldurublar Gəncə şəhər sərnişindaşıma parkına. Bu avtobusların içərisində ki, çirki, yararsız oturacaqları görəndə adam heç bu nəqliyyat vasitələrinə minmək istəmir. Amma əlac nədi? Başqa çıxış yolu yoxdur” – deyə sərnişinlər bildirir. Sərnişinlər təkcə avtobusların, mikroavtobusların köhnə olmasından şikayətçi deyillər həm də sürücülərdən narazıdırlar. Sürücünün sükan arxasında siqaret çəkməsi, telefonla danışması, digərləri ilə yarışa çıxması halları da bu iradlar sırasındadır.

Bizim.Media-ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsinin müdiri Müzadil Həsənov bildirir ki, yaxın vaxtlarda problem həllini tapacaq.

“Gəncədə ictimai nəqliyyatda əhalinin daşınması ilə məşğul olan avtobusların və mikroavtobusların vəziyyəti qənaətbəxş deyil. Bu durumu dəyişmək məqsədilə 8 şirkətlə müəyyən danışıqlar aparılır. AYNA tərəfindən daşıyıcılarla görüşlər keçirilib və avtobusların mərhələli şəkildə dəyişdirilməsi gündəmdədir.

Təbii ki, qiymətlərin də artırılması daşıyıcıların da üzərinə əlavə məsuliyyət qoyur ki, həm xidmətin səviyyəsini artırsınlar, həm də mərhələli şəkildə cari təmirlərini həyata keçirsinlər. Növbəti mərhələlərdə isə avtobusların yenilənməsini həyata keçirsinlər ki, sərnişinlərimizin məmnunluğu təmin olunsun. İlkin razılaşmaya görə hər 3 aydan avtobusların yenilənməsi nəzərdə tutulub. Bu ilin sonunadək Gəncədə sərnişindaşıma parkının yenilənməsi nəzərdə tutulub”, – deyə M. Həsənov bildirib.

Həmçinin Gəncədə bir neçə nəqliyyat qovşağının yaradılması da nəzərdə tutulur ki, ətraf rayon və kəndlərdən gələn nəqliyyat vasitələri şəhərə daxil olmadan rahat şəkildə sərnişindaşıma ilə məşğul ola bilsinlər.

 

Son xəbərlər

indir - 2023-03-31T174319.818

Premyer Liqa: IV dövrənin ilk oyununda 5 qol vurulub

31 Mart 2023
6426dfe34963d6426dfe34963e168026928310391c1e91d56009f983810e6247d58a

Polad Bülbüloğlu Lavrovun müavini ilə üçtərəfli razılaşmaların icrasını müzakirə edib

31 Mart 2023
konsulluq-aksiya

Təbrizdəki konsulluğumuzun qarşısında aksiya keçirilir

31 Mart 2023
photo_5273898533440833352_y

Ramazan ayında neca qidalanmalı- Həkim məsləhəti

31 Mart 2023
hava22

Aprelin ilk günündə hava necə olacaq?

31 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.