Bu gün Gəncə şəhərində Azərbaycan Milli QHT Forumu,Qərb və Aran bölgələrində fəaliyyət göstərən QHT rəhbərləri və təmsilçiləri ilə görüş keçirib.
Qerbxeber.com məlumat verir ki, Qeyri-Hökümət Təşkilatlarının “Regional Forumu” şəklində təşkil olunmuş tədbirdə ölkədə II Qarabağ müharibəsindən sonrakı durum,vətəndaş cəmiyyətinin qarşısında duran vəzifələr və.s mövzular barədə müzakirələr olub.
“Regional Forum”da Milli QHT Forumu prezidenti Rauf Zeyni,QHT-lərə Dövlət Dəstəyi Agentliyi MŞ-nın üzvü Nurəddin Mehdiyev,Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə və başqaları çıxış edərək, mövzu ilə bağlı öz fikirlərini çatdırıblar.
qerbxeber.com