Qafqaz İslam Ordusunun Gəncə şəhərində qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsi əbədiləşdirilməsi üçün təməl qoyma mərasimi keçirilib.
“Qərb Xəbər” Report-a istinadən xəbər verir ki, Şah Abbas Məscidinin yaxınlığında Qafqaz İslam Ordusunun 11 iyun 1918-ci il tarixində Gəncə şəhərində qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün ucaldılacaq abidənin təməlqoyma mərasimi olub.
Mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Qafqaz İslam Ordusu (QİO), 31 mart 1918-ci ildə Bakı şəhərində törədilən soyqırımdan sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı İmperiyası tərəfindən təşkil edilib. Nuru Paşanın rəhbərlik etdiyi Ordu 12-14 min Osmanlı əsgərindən, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından könülllərin qatılmasından sonra isə 20 mindən artıq döyüşçüdən ibarət olub. Ordu 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərib.