Gəncədə avtomobil piyadanı vurub
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Qerbxeber.com -un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü A.Quliyev yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı