Gəncə şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğruluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
“Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inispektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq oradan ümumilikdə 30.000 manatdan çox məişət əşyalarını oğurlamaqda şübhəli bilinən A. H. saxlanılaraq istintaqa təhvil verilib.Şəxs ətrafında istintaq tədbirləri davam etdirilir.
Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək onun bank kartındakı pulu ələ keçirən şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, K. V. onlayn yolla vətəndaşın kartından 902 manat pulu başqa karta köçürərək mənimsəyib.
3-cü Polis Bölməsinin və 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində isə şəhər ərazisində 15-ə yaxın velosipedi oğurlamaqda şübhəli bilinən Elgün İsmayılov saxlanılıb. Dindirilmə zamanı E. İ. törətdiyi cinayət hadisəsini etiraf edərək oğurladığı velosipedləri satdığını bildirib.
Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.