Gəncə Dövlət Universitetinin Regional Kollecində baş vermiş yanğın zamanı tüstüdən zəhərlənən tələbələr evə buraxılıb.
“Qərb Xəbər” bildirir ki, Şahsevənlər küçəsində yerləşən kollecdə tüstüdən zəhərlənən tələbələrə tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb və müalicə aldıqları xəstəxanadan evə buraxılıblar.
Xatırladaq ki, kollecdə elektrik naqillərində yaranmış qısaqapanma səbəbindən yanğın baş verib. Hadisə zamanı 14 tələbə tüstüdən zəhərlənib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.