Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Qerbxeber.com-un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
35 yaşlı E.İsmayılov bud nahiyəsinin kəsilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, xəstəyə yardım edilib. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.