Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Gəncədə Atatürkü anma, Gənclik və İdman Günü qeyd olunub

1 ay ago
A A
62874c59bf8bc62874c59bf8bd165303407262874c59bf8b962874c59bf8ba
62874c590193062874c5901931165303407262874c590192d62874c590192f
62874c59a3f6062874c59a3f61165303407262874c59a3f5d62874c59a3f5e
62874c5996a1d62874c5996a1e165303407262874c5996a1a62874c5996a1b
62874c5989bc962874c5989bca165303407262874c5989bc662874c5989bc7
62874c593918462874c5939185165303407262874c593918162874c5939183
62874c596effc62874c596effd165303407262874c596eff962874c596effa

Mayın 19-da Gəncə Şəhər İcra Hakimiyyətinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 19 May – Atatürkü anma, Gənclik və İdman Günü keçirilib.

“Qərb Xəbər” bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir. Məlumata görə, Xan Bağında gerçəkləşən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə qonaqlar Xan Bağında təşkil olunan Gəncə Uşaq Rəssamlıq Məktəbinin yetirmələrinin rəsm əsərlərinə baxış keçirib, müxtəlif idman oyunlarına tamaşa ediblər.

Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra hər iki ölkənin torpaqlarının müdafiəsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zeki Öztürk çıxış edərək hər il 19 May tarixində qeyd olunan Atatürkü anma, Gənclik və İdman Gününün tarixindən danışıb. O qeyd edib ki, 19 May 1919-cu ildə Mustafa Kamal Atatürk Bandırma (İstanbuldan hərəkət edən) gəmisi ilə Samsuna gəlib. Antanta dövlətlərinin işğalına qarşı olan Qurtuluş Müharibəsinin Başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib. Həmçinin, 19 May 1919-cü il Türkiyə Cumhuriyyət tarixində qurtuluş savaşının başlanğıcı hesab edilir. Hətta Atatürkə doğum gününü soruşanlara 19 Mayı eyham etməsi bugünün önmənin böyük sübutudur.

Rəsmi hissədən sonra bayram konserti başlayıb. Konsertdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalan qrupunun, Gəncə Uşaq Evinin sakinlərinin, “Gəncə Qönçələri” rəqs ansamblının, Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs ansamblının solistlərinin, Əməkdar artist Mehparə Cəfərovanın, solist Pərvanə Rzayevanın,yeniyetmə müğənni Şəhriyar Əliyevin və digər istedadlı şəxslərin bir-birindən maraqlı rəqsləri və musiqiləri tamaşaçıların zövqünə oxşayıb. Bununla yanaşı, tədbirdə Azərbaycanda təhsil alan türk gənclərinin çıxışları və yerli tələbələrin ifasında şeirlər səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

ilkin-suleymanov

Prezident İlkin Suleymanovu həbs edən hakimi işdən çıxardı

01 İyul 2022
indir (6)

Nazir: “Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur”

01 İyul 2022
ccaac482-6c13-3267-8110-61d4b983f935_850

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

01 İyul 2022
hava

İyul ayına olan hava proqnozu açıqlanıb

01 İyul 2022
usa

Qazaxda avtomobil 10 yaşlı uşağa ağır xəsarət yetirib

01 İyul 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.