Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
Qerbxeber.com məlumatına görə, hadisə rayonun Miskinli kəndində qeydə alınıb.
1976-cı il təvəllüdlü N. Əsədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, faktla bağlı müvafiq araşdırma aparılır və yekunda məsələyə hüquqi qiymət veriləcək.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.