Gədəbəydə beşi bir ailənin üzvü olmaqla 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər”in məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Şəmkir rayon sakinləri – 1989-cu il təvəllüdlü T.Qəhrəmanov, onun həyat yoldaşı 1994-cü il təvəllüdlü D.Qəhrəmanova, onların övladları – 2018-ci il təvəllüdlü İ.Qəhrəmanlı, 2013-cü il təvəllüdlü A.Qəhrəmanlı və 2012-ci il təvəllüdlü A.Qəhrəmanlı, həmçinin digər avtomobildə olan Gədəbəy rayon sakini 1992-ci il təvəllüdlü R.Abdullayev xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.