Bakıdan Gədəbəy rayonunun Şəkərbəy kəndinə qonaq gedən şəxs bıçaqlanıb.
“Qərb Xəbər”in məlumatına görə, 1987-ci il təvəllüdlü Xəyal İsmayılov mübahisə zəminində bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, zərərçəkənin qohumu 1979-cu il təvəllüdlü Rəşad Cabbarovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.