Gədəbəy rayonunda 24 yaşlı gənc bıçaqlanıb.
“Qərb Xəbər”in məlumatına görə, hadisə avqustun 2-i saat 16 radələrində rayon ərazisində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Allahverdiyev Azad Osman oğlu aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranan mübahisə zamanı həmyerlisi, 1988-ci il təvəllüdlü Quliyev Siyavuş Həsən oğluna mətbəx bıçağı ilə xəsarət yetirib.
Daha sonra hadisəni törətməkdə şübhəli bilinən A.Allahverdiyev tutulub.
Gədəbəy Rayon Polis Şöbəsində istintaq davam etdirilir.