Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb.
“Qərb Xəbər” bildirir ki, Gədəbəydə ucqar kəndlərə 5-10 sm qar yağıb. Gədəbəydə də yollarda nəqliyyatın hərəkətinə çətinlik yaranmaması üçün qum-duz qarışığı səpilir.
Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.