Gədəbəyə leysan yağışdan sonra dolu düşüb.
“Qərb Xəbər”in məlumatına görə, bu gün saat 14:30 radələrində rayonun mərkəzi, Düzyurd, Arıxdam, Maarif, Söyüdlü və ucqar kəndlərə dolu düşüb. Bundan başqa güclü yağışdan sonra rayonun Novasaratovka və Başkəndə sel gəlib. Sel əkin sahələrinə ziyan vurub. Hazırda Gədəbəy rayonunda yağışlı hava davam edir.
Qeyd edək ki, Gədəbəyə isə yağışdan sonra güclü sel gəlib.