Gədəbəy rayonunun mərkəzində qarın qalınlığı 10 santimetrə, kəndlərdə isə 25-30 santımetrə çatıb. Gecə saatlarından etibarən yollarda avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün ağır texnikalar və işçi qüvvəsi yollara səfərbər olunub.
Hazırda dağ kəndləri ilə rayon mərkəzini birləşdirən, eləcə də Şəmkir- Gədəbəy yolunda yolun buz bağlamasına qarşı qabaqlayıcı tədbirlər görülür.
Rayon ərazisində elektrik enerjisi və qazla təchizatda fasilələr yaranmayıb.