Füzulidə insan sümükləri aşkarlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qərb Xəbər”ə bildirilib ki, martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkar edilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.