Nigerdə dislokasiya olunan sonuncu fransız hərbçiləri ölkəni tərk edib. Bununla Afrikanın Sahel bölgəsində 10 illik əməliyyat başa çatıb.
“Qərb Xəbər” “France24“ə istinadən verdiyi məlumata görə, bunu Niger ordusunun leytenantı Səlim İbrahim deyib.
“Bu gün Fransa qoşunları Saheldə döyüşdən çıxarılıb” – İbrahim bildirib.
Fransa Nigeri tərk etsə də, ölkədə yüzlərlə amerikalı hərbçi, eləcə də bir sıra italyan və alman əsgərləri qalır.