ABŞ dövlət katibi Antoni Blinkenin səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail münaqişəsinin nizamlanmasına dair Ankaranın dörd təklifini ona təqdim edəcək.
Bu barədə Türkiyənin “Yeni Akit” qəzeti məlumat yayıb.
“Blinkenin Fidanla sabahkı görüşündə Türkiyənin gündəmində 4 mühüm mövzu var. Bunlar:
- dərhal atəşkəsin elan edilməsi,
- münaqişənin regiona yayılmasının qarşısının alınması,
- qarant ölkələrin formalaşdırılması;
- humanitar yardımdır.
Türkiyə və bəzi bölgə ölkələri atəşkəs üçün səylər göstərərkən, ABŞ və Qərb ölkələri İsraili dəstəkləməyə davam edir”, – məlumatda deyilir.