Regional münaqişədən qaçmaq lazımdır. Vəziyyət yaxşı deyil. Daha böyük münaqişə ilə üzləşə bilərik.
“Qərb Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan son günlər ABŞ və İran arasında gərginliyin artmasını şərh edərkən deyib.
“Qığılcım hər an yanğına çevrilə bilər. Nəzarətdən çıxa bilər. Burada da böyük risklə üzləşə bilərik. Bu nəzarətdən çıxma məsələsi təhdid olaraq qarşımızdadır”, – deyə Fidan bildirib.