Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə tədbiri keçirib

2 həftə ago
A A
9084b374-6517-3179-aa4e-22b9c19f702b

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində nümunəvi mülki müdafiə tədbiri keçirib.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirin əsas məqsədi ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiə işinin təşkili məsələlərinə cəlb edilməsi, vətəndaşlara fövqəladə hallar zamanı düzgün davranış qaydalarının aşılanması olub.

Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin, Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin, Tovuz Rayon İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin, eləcə də Tovuz rayonunda yerləşən ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Çıxış edənlər əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, ümumtəhsil müəssisələrinin rəhbərlərinin, pedaqoji kollektivlərin, şagirdlərin diqqətinin bu sahəyə cəlb edilməsi baxımından belə tədbirlərin keçirilməsinin vacib olduğunu bildiriblər. Həmçinin çıxışlarda mülki müdafiə sahəsində qurumlararası birgə fəaliyyətin və sıx əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığı vurğulanıb.

Sonra “açıq dərs”lər keçirilib. Dərslərdə şagirdlərə yanğınlar, zəlzələ, torpaq sürüşməsi, fərdi mühafizə vasitələrindən istifadə və s. mövzularda məlumatlar verilib.

Daha sonra praktiki məşğələyə start verilib.

Şərti olaraq “zəlzələ” nəticəsində baş vermiş “yanğın” manqalar tərəfindən “məhdudlaşdırılaraq söndürülüb”. Həmçinin, şagirdlər “hadisə yerindən” təxliyə olunub, xilasetmə vasitələrindən istifadə edilməklə “zərərçəkmişlər” xilas edilib, onlara “təxirəsalınmaz ilkin yardım” göstərilib.

Qeyd edək ki, bu kimi tədbirlər FHN tərəfindən mütəmadi olaraq keçirilir.

Son xəbərlər

ilhammm

Prezident Moldova səfərindən sonra Türkiyəyə gedəcək

30 May 2023
turan tovuz

“Turan Tovuz” 4 futbolçu ilə yollarını ayırıb

30 May 2023
xankendi166012

Xankəndidə separatçıların çevrilişi gözlənilir – Hraparak

30 May 2023
Zengezur98-900x506

Zəngəzur dəhlizi üçün danışıqlar başlayır – Qriqoryan

30 May 2023
1685442713_445552118_0_0_801_451_1920x0_80_0_0_03808ecd3c7d2bb598e2db855513aa46

Əliyevlə Paşinyanın görüşünü səbirsizliklə gözləyirik – Şarl Mişel

30 May 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.