Yeni Fələstin hökümətində erməni əsilli bir nazir yer alıb.
Varsen Ağabekyan adlı qadın siyasətçi Fələstinin Xarici işlər və Köçkün Problemləri üzrə Dövlət Naziri postuna təyin olunub. Qerbxeber.com bildirir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri Wafa.ps veb-saytına istinadən xəbər yayıb.
Fələstin Dövlət Başçısı Mahmud Abbas,19-cu Fələstin hökümətinə olan etimadını ifadə edən bir qərar imzalayıb.
Yeni hökümət, 31 Mart 2024 Bazar günü and içəcək.