Estoniya Gürcüstanın 55 vətəndaşının ölkəyə girişinə qadağa qoyub
Gürcüstan prokuroru, hakim, polis, parlament üzvləri və digər şəxslərin Estoniyaya girişinə qadağa qoyulub.
Qerbxeber.com xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna sərəncam imzalayıb.
“Biz ölkəyə giriş qadağası siyahısına daha 55 Gürcüstan vətəndaşının adını əlavə etdik”, – XİN rəhbəri qeyd edib.
Qeyd olunub ki, ümumilikdə 83 Gürcüstan vətəndaşının Estoniyaya girişinə qadağa qoyulub.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı