Gürcüstan Müdafiə Nazirliyi Cuanşer Burçuladze İrəvana səfəri çərçivəsində erməni həmkarı Suren Papikyanla görüşərək bölgədəki təhlükəsizlik mühitini nəzərdən keçirib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Cuanşer Burçuladze Gürcüstanın “Dinc Qonşuluq Təşəbbüsü” layihəsi çərçicəsində regionda sülh prosesinin təşviqini davam etdirməyə hazır olduğunu vurğulayıb.
Məlumatda tərəflərin Ermənistan və Gürcüstan arasında müdafiə sahəsində cari və gələcək əməkdaşlığı müzakirə etdiyi, görüşdən sonra iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əməkdaşlıq planı imzaladığı qeyd olunub.