“Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır”.
“Qərb Xəbər” məlumat verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar “X” hesabında etdiyi paylaşımda yazıb.
“Biz qətliam qurbanlarını həmişə xatırlayırıq və heç vaxt unutmayacağıq”, – o bildirib.