Səhər saatlarından Ermənistanın paytaxtında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi itaətsizlik aksiyaları başlayıb.
Qerbxeber.com “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, “Vətən Uğrunda Tavuş” hərəkatının fəalları İrəvanın Abovyan küçəsində toplaşaraq, mərkəzə doğru hərəkət ediblər.
Polis onların qarşısını kəsdikdən sonra həbslərə başlayıb.
Bu saata olan məlumata görə, aksiyanın 7 nəfər iştirakçısı saxlanılaraq, naməlum istiqamətə aparılıb.