Ermənistanda 4.1 maqnitudalı zəlzələ olub.
Zəlzələlərin tədqiqatı bürosundan “Qərb Xəbər”ə verilən məlumatına əsasən, zəlzələ Tovuz stansiyasından 39 km cənub-qərbdə, Ermənistan ərazisində qeydə alınıb.
Zəlzələ 2 km dərinlikdə baş verib.
Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.