Ermənistan hökuməti aprelin 1-dən iyunun 28-dək ehtiyatda olan hərbçilər üçün təlim toplanışları elan edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə qərar Ermənistan hökuməti bu gün keçirilən iclasında qərar qəbul edib.
Qərara əsasən, təlimdə ehtiyatda olan ordunun birinci qrupunun birinci və ikinci kateqoriyaları üzrə sıravi hərbi qulluqçular, gizirlər və ehtiyatda olan zabitlər iştirak edəcəklər.
Təlim-məşq toplanışında neçə hərbçinin iştirak edəcəyi göstərilməyib.